Close

MENYU

Tel.:(+994 50) 234-11-00;
(+994 55) 209-17-55;

Email:

Fitoçəlləklərin Quraşdırılması

Fitoçəllək - buxar ilə sidr ağacının orqanizma göstərdiyi müalicəvi təsirinə əsaslanan unikal təbii sağlamlaşma metodudur.

Fitoçəllək sizi bir çox xəstəliklərdən qoruyur, yorğunluğunuzun qarşısını alır və həyat enerjisini verir! Fitoçəlləkdə müntəzəm buxarlanma immuniteti artırır və orqanizmin sağlamlaşmasına dəstək verir. Sidr ağacından hazırlanan çəllək əzələ tonusunu yaxşı vəziyyətdə saxlamaq, əzələ spazma və ağrılardan azad emək, maddələr mübadiləsini normallaşdırmaq, sinir, ürək-damar və digər bədən sistemlərini sağlamlaşdırmağa imkan verir.

Fitoçəllək çəkinin tez bir zamanda aşağı düşməsinə və sellulitdən azad olmasına kömək edir, fitoçəlləkdə 15 dəqiqə isə 5 kilometrlik qaçışa bərabərdir ! Dəri örtüyünün dərin isinməsi piy qatını əridir və sonradan onu tərlə burgə orqanizmdən çıxarır. Fitoçəlləkdə baş bayırda qalır və buna görə də bu çəlləkdə xətta adi sauna və hamamın yüksək temperaturuna dözümü olmayanlar da buxarlana bilər.

"Bağ-İnşaat" olaraq yüksək keyfiyyətli və ekoloji təmiz xammaldan Fitoçəllək-ləri istehsal edir və eyni zamanda arzu etdiyiniz məkanda quraşdırma işlərini həyata keçiririk.