Close

MENYU

Tel.:(+994 50) 234-11-00;
(+994 55) 209-17-55;

Email:

Basseyn İşləri

"Bağ-İnşaat" şirkətində Siz hovuzlarının layihələşdirilməsi və tikintisi sahəsində mütəxəssislərin xidmətlərindən istifadə edə bilərsiniz. Mütəxəssislərimiz sizin bütün istəklərinizi nəzərə alaraq gələcək hovuzun layihəsini Sizə təqdim edəcəklər. Müştərilərimizin əksəriyyətinə biz həmçinin hovuzu tikmək və "tam hazır" vəziyyətdə təhvil verməyi təklif edirik, bu isə müştərilər üçün çox əlverişlidir və gələcəkdə Sizi əlavə əziyyətlərdən azad edəcək.

Hovuzların "tam hazır" vəziyyətədək tikintisi ixtisaslı mütəxəssislər tərəfindən həyata keçirilir və biz bütün işlərin ciddi surətdə təyin edilmiş müddət çərçivəsində və bütün tikinti normativlərinə uyğun aparılmasına zəmanət veririk. "Bağ-İnşaat" olaraq artıq uzun müddət ərzində Bakıda hovuz tikintisi sahəsində ixtisaslaşmışıq və işimizin əsas prioritetləri bunlardır:

  • qüsursuz keyfiyyət
  • müasir tikinti texnologiyalarının istifadəsi
  • obyektin vaxtında təhvil verilməsi

Müştərilərimizin rahatlığı üçün biz evdə hovuzlarının tikintisinə başlamazdan əvvəl lahiyələşdirmə xidmətindən istifadə etməyi təklif edirik. Bizim tərəfimizdən hovuzlarının layihələşdirilməsi sizin şəhərkənarı xəyal evinizə doğru ilk addımdır.

 

Kompozit Basseynlər